Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • KİVDF SİYAHINI AÇIQLADI – Dövlətin maliyyə dəstəyi verdiyi qəzetlər
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Yeməyə ən çox pul xərcləyən Avropa ölkələrinin reytinqi açıqlanıb - TOP-10
  • DÜNYA UNİVERSİTETLƏRİ: DÜNƏNDƏN BU GÜNƏ
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Amerikalı həkim koronavirusdan xilas olmağın yolunu açıqladı - MÜSAHİBƏ

    • Tarix: 2-05-2020, 09:40



    ABŞ-ın tanınmış həkim anestezioloq-reanimatoloqu İsmail Abadan Mehrin “Report”un xüsusi müxbirinə müsahibəsi

    - Hazırda koronavirus pandemiyasının episentri sayılan Nyu-Yorkda bu infeksiyaya qarşı ön cəbhədə mübarizə aparan tibb işçilərindənsiniz. Bir az özünüz haqqında məlumat verin...

    - Mən Nyu-York şəhərində doğulmuşam və burada təhsil almışam. 2002-ci ildən Ceyms Xəstəxanasında (St. James Hospital - University of Rochester Medical Center) Anesteziologiya şöbəsinin müdiri, eyni zamanda Perioperativ xidmətlər üzrə direktoruyam. Bundan başqa, Şimali Amerikanın İslami Tibb Assosiasiyasının (Islamic Medical Association of North America (IMANA) ) daimi üzvüyəm. Yüzlərlə müsəlman ölkəsində könüllü olaraq əməliyyatlarda iştirak etmişəm.
    Bizə bu gün dünyanın hər zaman olduğundan daha çox ehtiyacı var. Ona görə də bir çox tibbi işçiləri kimi, mən də ön cəhbədə savaşanlardanam. Hazırda işlədiyim xəstəxanada koronavirusdan müalicə alan xəstələr var. Mən onlarla yaxından maraqlanır, müalicələrinin gedişatını izləyirəm. Bu gün çiyin-çiyinə çalışdığım bir neçə həkim dostlarımdan, eləcə də tələbə yoldaşarımdan koronavirusa yoluxanlar var. Təəssüflər olsun ki, onlardan biri, tibb məktəbində bərabər oxuduğum sinif yoldaşım bir neçə gün öncə vəfat etdi. O da bizim kimi aktiv işləyirdi, insanlara xidmət edərkən öldü. Hazırda dünyanın hər yerində eyni taleyi yaşayan xeyli sayda həkim var.

    - Koronavirusun digər pandemik xəstəliklərdən fərqi nədir?

    - Burada çox vacib bir neçə məqam var. Birincisi, koronavirus digər pandemik xəstəliklərə nisbətən daha aqressiv və yoluxucudur. Yəni R kodu olaraq bilinən çoxalma nisbəti 3-dür. Koronavirus xəstəsinin 3 nəfəri yoluxdurması 9 nəfəri yoluxdurması deməkdir. Bu da bir ayda bir nəfərin, demək olar ki, 400 nəfəri koronavirusa yoluxdurması sayıla bilər. Bu infeksiya çox aqressivdir və ötürücülük də yüksəkdir.
    İkinci, xəsətəliyin müddəti, təxminən, iki həftədir. Bu 14 gün müddətində ya sağalırsınız, ya da səhhətiniz ağırlaşır. Sağalmanın statistikası 80% təşkil edir, ağırlaşma isə 20% -dir və xəstəxanaya yerləşdirilən belə pasiyentlərin 3%-i ölür. Proses 14 gün ərzində çox sürətli şəkildə cərəyan edir, tibbdə bunun üçün “Vira deices” (virusun yayılması) terminindən istifadə edirik. Bunlar COVID-19-un əsas göstəriciləridir.

    - Bu gün ABŞ-da koronavirusdan ölüm halları nə üçün bu qədər yüksək səviyyədədir?

    - ABŞ 330 milyon əhalisi olan böyük bir ölkədir. Təbii ki, fərqli fikirlər var. Ölkə vətəndaşlarının əksəriyyəti tibb işçilərinə etimad edir və onları dəstəkləyirlər. Onlar həkimlərin və xəstəxanaların yaydığı bütün məlumatları ciddiyə alırlar. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın mütəmadi olaraq keçirdiyi brifinqlər izlənilir, açıqlamaları və tövsiyələri nəzərə alınır. Koronavirus pandemiyasının yaratdığı böhranı medianın istədiyi kimi yönəltdiyi və çox şeyin şişirdildiyinə inanan insanlar da az deyil.


    - ABŞ-dakı vəziyyət medianın yazdığı kimi həqiqətən də acınacaqlıdırmı?

    - ABŞ-da koronavirus böyük şəhərlərin mərkəzlərində sürətlə yayıldı. Nyu-York başda olmaqla mərkəzi şəhərlərdə vəziyyət günbəgün ağırlaşdı. Bu göstərici hər halda ilk dəfə olaraq tarixə düşdü. Bir tərəfdən Nyu-Yorkda pasiyentlər üçün çarpayılar tükəndi, digər tərəfdən də soyuducu maşınlar meyitləri saxlamaq üçün fəaliyyətə başladı. Ən başlıcası, bir nəfər bir ayda 400 nəfəri, gizli infeksiya daşıyıcıları isə 160 min insanı koronavirusa yoluxdurdular. Ona görə də medianın yazdıqları doğrudur. Yəni ölən insanların sayı çoxdur, xəstəxanalar pasiyentlərlə, ölüxanalar isə meyitlərlə doludur. Aqressiv virusun xarakteristikası onun belə bir göstəricini ortaya qoymasına səbəb oldu. Əslində vəziyyət bir qədər düzəlsə də, bu gün də xəstəxanalar yüklənmiş vəziyyətdədir.

    - Onda ABŞ səhiyyə sisteminin pandemiya ilə mübarizədə yetərsiz qaldığını demək olarmı?

    - Bunu ümumiləşdirərək söyləsək, hər halda doğru olmaz. ABŞ xeyli sayda xəstəxanaya sahib çox böyük bir ölkədir. ABŞ da daxil olmaqla dünyanın heç bir yerində səhiyyə sistemi belə bir böhranı idarə etmək üçün qurulmayıb. Bir neçə gün ərzində on minlərlə xəstəni qəbul etmək və idarə etmək heç bir ölkənin səhiyyə sisteminin qaldıra biləcəyi yük deyil. Bu vəziyyətdə yenə də böyük şəhərləri gözünüzün qarşısına gətirməyinizi istəyirəm. Bu böhran ABŞ-bütün ərazisində olmadı. Koronavirusa yoluxanların sayının sürətlə artdığı Nyu-York, Nyu Orlean, Çikaqo, Detroyt kimi böyük şəhərlərdə xəstəxanalar bütün gücünü ortaya qoymaq üçün səfərbər oldular. Bu gün də xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərilir. Bir neçə xəstəxanadan çıxan xəbərlərlə bütün xəstəxanaları ümumiləşdirmək ədalətli qiymətləndirmə deyil. ABŞ-da koronavirusun adambaşına düşən yayılma sürətinin Avropadan və ya dünyanın digər yerlərindən daha çox olduğunu düşünmürəm. Tibb işçiləri ilk gündə virusla mübarizədə müqavimət göstərdilər və onlar bu çətin günlərdə mübarizələrini davam etdirirlər. Son günlər vəziyyətin bir qədər nəzarət altına alındığını, həm yoluxma, həm də ölüm sayında azalmaların olduğunu görürük. Bu, çox sevindiricidir.

    - Bəs Nyu-Yorkun ölkə üzrə pandemiya qurbanlarının və yoluxmanın sayına görə episentrə çevirilməsini nə ilə izah edərdiniz?

    - Nyu-York dünyada insanların ən sıx olduğu, eyni zamanda sıx məskunlaşdığı şəhərlərdən biridir. Bu şəhərə hər gün minlərlə ziyarətçi gəlirdi. Nyu-York işgüzar səfərlərin, ziyarətlərin və turistlərin axın etdiyi bir mərkəzdir. Bu gün müasir dünyanın imkanlarından yararlanmaqla bir gündə Nyu-Yorka gedib qayıtmaq mümkündür. Nyu-Yorka yatmayan şəhər deyirdilər. Ona görə də bu şəhər koronavirusun yayılması və vəziyyətin böhran halına gəlməsi üçün mükəmməl resept idi. Nəticədə Nyu-York infeksiyanın episentrinə çevrildi. Bu şəhərdə koronavirusun məhdud bir ərazidən çıxaraq kütlə arasında yayılmasının şahidi olduq.

    - Hətta xəstəxanaların qarşısında aksiya keçirən tibb işçilərini görürük. Ümumiyyətlə, səhiyyə ocaqlarının tibbi heyət və avadanlıqlarla təchizatı necədir?

    - Mənim çalışdığım xəstəxanada bütün işçilərin və xəstələrin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tibbi ləvazimat var. Hər bir tibb mərkəzində vəziyyət fərqli ola bilər. Ümumiyyətlə, tədarük çatışmazlığı var, lakin son müdaxilələrdən sonra lazımi tibbi ləvazimatın istehsalının xeyli artırıldığını düşünürəm.

    - ABŞ hökuməti koronavirusa qarşı vaksinin sınaqlarının həyata keçirildiyini dəfələrlə açıqlayıb. Siz nə fikirləşirsiniz?

    - Təbii ki, heç bir müalicə tətbiq olunmadan belə bir yoluxucu virusdan xilas olmağın başlıca yolu peyvənddir. Bunun başqa yolu yoxdur. Hazırda ABŞ-da tədqiqatlar aparan və vaksinlər üzərində işləyən çox sayda mərkəz var. Biz də nəticələri gözləyirik.

    - Hazırda ABŞ-da koronavirusa yoluxmanın qarşısının alınması üçün hansı tədbirlər görülür?

    - ABŞ-da hər hansı karantin qaydaları tətbiq olunmur. İnsanlar özləri evdə qalır, eyni zamanda qoruyucu tibbi vasitələrdən istifadə edirlər. Hökumətin siyasəti insanların bir-birindən sosial uzaqlaşdırılmasına yönəlib. Hər bir şəhərin müvafiq yerli idaretmə strukturu olan quberniya və bələdiyyə rəhbərliyi tərəfindən təyin edilmiş qayda-qanunları var. Nyu-York şəhərində müəssisələrin əksəriyyəti bağlanıb, insanların qruplar halında toplaşmasına icazə verilmir, onlara evdə qalmaları tövsiyə olunur. Düşünürəm ki, hökumətin qoyduğu qaydalara riayət olunarsa, qısa zamanda koronavirusun yayılmasının qarşısını ala biləcəyik.

    - Sizcə, insanlar normal həyatlarına nə qədər müddətə dönə biləcəklər?

    - Düşünürəm ki, normal həyatımıza dönmək bir qədər zaman alacaq. Bu gün sadəcə ABŞ-da deyil, bütün dünyada insanlar normal həyatlarına dönmək istəyirlər. Bir müddət səbrli olmalıyıq. İnsanların bir-biri ilə aralarına məsafə qoyması, tibbi maskadan istifadə kimi bəzi qoruyucu tədbirlərin peyvənd tapılanadək davam edəcəyini düşünürəm. Bu müddətdə hər kəsi evdə qalıb təlimatlara uyğun şəkildə sağlam qalmağa çağırıram.

    Vüsalə Abbasova



    Oxunub: 583
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.