Anası imtahan verdi, körpə otaqda yatdı - FOTO
İyulun 14-dən 2022-2023-cü tədris ili üçün ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə başlanılıb.Ümumilikdə 54 min 745 namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, 15 imtahan mərkəzində təşkil olunacaq.
Globall.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov imtahandan geri qalanlarla bağlı maraqlı fotolar paylaşıb.

"Müəllimlərin işə qəbulu - MİQ 2022-dən geriyə qalan fotolar. Anası imtahanda olan körpə məktəb direktorunun otağında yatıb", - deyə C. Valehov bildirib.
Oxunub: 277
Xəbəri paylaş
Paylaş:




















