Boreldən KRİTİK AÇIQLAMA: "Avropanın seçimi yoxdur, Putini..."
"Aİ Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinə imkan verə bilməz, çünki bu, Avropa demokratiyasının və qlobal hüquqi nizamın məhvi demək olardı".Globall.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Cozef Borel Avropa Xarici Fəaliyyət Xidmətinin saytındakı bloqunda yazıb.
“Ən böyük sual budur: sanksiyalar və onların təsiri Putinin strateji hesablamalarını dəyişəcəkmi və əgər belədirsə, nə vaxt? Onun hərəkətləri həmişə iqtisadi mülahizələrdən ayrı olduğu üçün bu məsələdə diqqətli olmalıyıq. Putin siyasi volyuntarizmin sehrli gücünə əmindir. Ancaq əbədi davam edə bilməz. Ona görə də Avropa strateji səbir nümayiş etdirməlidir. Bu müharibə uzun sürəcək və güc sınağı uzun olacaq. Bizim seçimimiz yoxdur. Əgər biz Rusiyanın qalib gəlməsinə imkan versək, bu, onun demokratiyalarımızı və qaydalara əsaslanan beynəlxalq nizamın əsaslarını məhv etməsinə icazə vermək demək olacaq”, - Borel vurğulayıb.
O qeyd edib ki, hazırda Rusiya rublunun yüksək məzənnəsi Avropa sanksiyalarının səmərəsizliyindən danışmaq üçün əsas deyil. Əslində bu, Rusiyada Qərbin sanksiyalarının nəticəsi olan neft və qaz ixracının həcmi ilə idxalın iflası arasında böyük disbalansın olduğunu əks etdirir.
"Moskva bir çox başqa ölkələrlə əlaqələrinin davam etdiyini iddia edə bilər. Amma reallıqda sanksiyalar onun Çin kimi sanksiyaya məruz qalmayan ölkələrlə ticarətinə də təsir edir. Çinin Rusiya iqtisadiyyatına təklif etdiyi alternativ həqiqətən məhdud olaraq qalır. Pekin işğalı qınamaqdan imtina etməklə və ya NATO-dan gələn təhdidlər haqqında rus rəvayətini yaymaqla Moskvanı dəstəkləmək üçün siyasi jestlər etməyə çalışsa da, Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə ümumiyyətlə ehtiyatlı davranır. Rusiyanın Çinə idxalı artsa da, Çinin Rusiyaya ixracı Qərblə müqayisədə nisbətdə azalıb", - Aİ-nin ali nümayəndəsi vurğulayıb. (publika.az)
Oxunub: 204
Xəbəri paylaş
Paylaş:





















Kremlin ideoloqundan ŞOK AÇIQLAMA: