Məşhur milyarder özünü işə saldı –
Bir tvit yazmaqla 14 milyard dollar zərərə düşdü
“Tesla” şirkətinin banisi Elon Mask şirkət səhmlərinin çox baha olduğu barədə tvit yazandan az sonra səhm qiymətləri 9,38 faiz düşüb və “Tesla”-nın dəyərindən 14 milyard dollar silinib.
BBC bildirir ki, bu tvitə görə habelə cənab Maskın özü 3 milyard dollar itirib, beləki investorlar cəld bir şəkildə şirkəti tərk ediblər. Bundan başqa Mask həmin axşam məzmunu müəmmalı bir neçə tvit də yazıb. O yazıb ki, bütün varidatını satır və bundan sonra onun öz evi olmayacaq.
Başqa bir tvitində isə Mask sevgilisi, müğənni Grimesın ondan incidiyini yazmış, insanların azadlığının onlara qaytarılmasını tələb etmişdi.
Hələ aprelin 29-da “Tesla” dalbadal üç uğurlu rübün hesabatını vermişdi. Maskın tvitləri bundan əvvəl də ABŞ Qiymətli Kağızlar Komissiyası ilə münaqişələrə və milyarderin məhkəmələrə çəkilməsinə səbəb olub.
Mask 2018-ci ilin avqustunda “Tesla”-nın səhmlərini birinə 420 dollardan almağa hazır olduğu barədə tvit yazmış və bunun ardınca şirkət səhmlərinin qiyməti sıçrayışla artmışdı. Hakimiyyət orqanları bu qərara gəlmişdi ki, Elon Maskın səhm alqısı barədə yazdıqları əsassız olub və o beləliklə başqalarını çaşdırıb.
“The Wall Street Journal” qəzeti yazır ki, milyarder səhm qiyməti barədə tviti yazmaqla “zarafatmı edib” sualına “yox” cavabı verib.
“Tesla” elektrik avtomobilləri şirkətinin səhm qiymətləri bu il xeyli artıb və şirkətin dəyəri 100 milyard dollara çatıb.
2018-ci ildə Mask daha bir tvitdə, ola bilsin, “Teslan”-ı birjadan çıxaracağını yazmış və qiymətin kəskin dəyişməsinə səbəb olmuşdu.
ABŞ Qiymətli Kağızlar Komissiyası bu tvitə görə Maskı 20 milyon dollar cərimə etmiş və milyarderdən bundan sonrakı tvitlərini post etməzdən əvvəl vəkillərə yoxladacağı barədə iltizam almışdı. Lakin ötən ay federal hakim bildirmişdi ki, Tesla və Mask “birjadan çıxarmaq” barədə tvitə görə səhmdarlar tərəfindən məhkəmə verilməlidir.
Bu həftənin əvvəllərində isə Mask Twitter-də ABŞ-ın koronavirus pandemiyasına görə karantin məhdudiyyətlərini tənqid etmişdi.