Köçəryan koronavirusa yoluxdu
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub.
Globall.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Hayk Alumyan bildirib.
Vəkil bildirib ki, bu səbəbdən R.Köçəryan məhkəmədə iştirak edə bilməyib və məhkəmə sentyabrın 20-dək təxirə salınıb.
Qeyd edək ki, hazırda R.Köçəryanın məhkəməsi keçirilir. O, külli miqdarda rüşvət almaqda ittiham olunur.
Oxunub: 218
Xəbəri paylaş
Paylaş: