Azərbaycanda meymunçiçəyinə yoluxma istisna edilmir
"Ölkədə epidemioloji vəziyyəti nəzarət altında saxlamaqla meymunçiçəyi virusu ilə mübarizə aparmaq mümkündür".
Globall.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, xəstəlik hələ geniş yayılmayıb.
O qeyd edib ki, bu gün üçün Azərbaycanda bu virus qeydə alınmayıb: “Lakin bu, o demək deyil ki, olmayacaq. Çünki meymunçiçəyinə yoluxma istisna edilmir. Nəzərə almaq lazımdır ki, xəstəliklə mübarizə aparmaq üçün ölkədə kifayət qədər qabaqcıl tədbirlər görülüb”.
ÜHazırda meymunçiçəyinin geniş yayılması deməyə əsas verir ki, bu virus mutasiya edib və ya hava-damcı yolu ilə də yoluxur. Lakin əsasən təmas yolu ilə yoluxması müşahidə edilir. Burada uzunmüddətli təmasdan söhbət gedir. Hər hansı bir şübhə varsa, həkimə müraciət etmək vacibdir. Meymunçiçəyinin səpkiləri suçiçəyi ilə müqayisədə daha dərində olur. Bunu ayırd etmək isə mütəxəssislərin işidir”, - deyə T.Eyvazov bildirib.