Erməni terrorçular Xocalıda səngər qazır - VİDEO

Erməni terrorçular Xocalıda rus sülhmramlılarının gözü önündə səngər qazır: Azərbaycan ordusunun xəbərdarlıq atəşi açmasından sonra əraziyə sülhməramlılar gəlsə də, iş dayandırılmayıb, rusların müşaiyəti ilə gecə saatlarına qədər qazıntı işləri aparılıb;
İrəvanın “erməni qoşunları Qarabağdan çıxarılır” açıqlaması fonunda baş verən bu hadisə o deməkdir ki:
- erməni qoşunların bir neçə birliyi bölgədən çıxarılsa belə, əsas qüvvələri saxlamağa çalışacaqlar;
- separatçılar “müdafiə xəttini” gücləndirməyə hazırlaşırlar;
- ruslar separatçı-terrorçu rejimin mövcudluğunu qorumaq üçün onların "müqavimət fəaliyyətinin" güclənməsinə şərait yaradır;
Prosesin qarşısını önləmək və vəziyyətə nəzarəti ələ almaq üçün erməni terrorçuların yeni səngərinin havaya uçurulmasından başqa yol yoxdur.
Globall.az “yenipress”ə istinadən səngər qazan erməni terrorçuların videosunu təqdim edir.
Oxunub: 224
Xəbəri paylaş
Paylaş: