Bu ölkədə meşələrə giriş qadağan olundu

Türkiyədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar avqustun 31-nə qədər meşələrə giriş qadağan edilib.
Globall.az APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) tərəfindən ölkənin 81 əyalətinin başçılarına göndərilən bildirişdə deyilir.
Qeyd olunub ki, bundan əlavə, meşəlik ərazilərə yaxın olan yerlərdə toy, şənlik və yanğına səbəb ola biləcək digər mərasimlərin keçirilməsi də qadağan olunur.
Oxunub: 235
Xəbəri paylaş
Paylaş: