İtaliyada mafiyaya qarşı irimiqyaslı əməliyyat:
300-dən çox şəxs saxlanıldı
İtaliya polisi ölkənin cənubunda mafiyaya qarşı irimiqyaslı əməliyyat keçirib.
Trend-in məlumatına görə, əməliyyat nəticəsində 334 nəfər saxlanılıb.
Əməliyyat “ndrangeta” mafiyasının üzvlərinə qarşı keçirilib. Həbslər, həmçinin Almaniya, İsveçrə və Bolqarıstanda keçirilib.
Ümumilikdə əməliyyatda 3 mindən çox polis iştirak edib.
Bu, 1980-ci illərin sonundan bəri İtaliyada mafiyaya qarşı keçirilmiş ən iri əməliyyat hesab olunub.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: