"Xamenei, sən heç nəsən!” - İranda vətəndaşın fəryadı
- VİDEO
"Ey Xamenei, bilmirəm, sən İmam Zamanın yer üzündəki nümayəndəsisən, vəli-e fəqih (müsəlmanların lideri), İranın müdrik rəhbərisən, yalnız bunu dəqiq bilirəm ki, sənin haqqında bütün bu deyilən üstün xüsusiyyətlər puçdur. Sən heç nəsən!", - deyə o vurğulayıb.
Qəzəbli vətəndaş əlavə edib: "Ölkə rəhbərinin vəzifəsi nədir? Ölkədə qadınları zorla hicaba məcbur etmək? Rəhbərin vəzifəsi ölkəni yaxşı idarə etməkdir. Rəhbərin vəzifəsi qadınların geyim tərzinə müdaxilə etmək və başqalarının din və məzhəbinə qarışmaqdır?".
"43 ildir ki, ölkədə şallaq, işgəncə, edam və kütləvi qətllərlə hökmranlıq edərək indi ölkəni belə bir acınacaqlı vəziyyətə gətirib çıxarıbsan!", - deyə sonda o fəryad edib. (milli.az)