"Ruslar döyüşə getməkdən imtina edir, səngərlərdə qalır və ya qaçırlar" - Qumenyuk

Ukrayna ordusu ölkənin cənubunda güclü əməliyyat keçirir, orada düşmənin anbarları və komanda məntəqələri dağıdılır.
Globall.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.
"Ruslar döyüşə getməkdən imtina edir, səngərlərdə qalır və ya qaçırlar", - Qumenyuk bildirib.
O qeyd edib ki, regionda vəziyyət gərgindir, dinamika dəyişir, lakin hər şey Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır: "Hələlik təfərrüatı açıqlamırıq, amma nəticənin nə olacağı ilə bağlı sizi mütləq təəccübləndirəcəyik".
Oxunub: 184
Xəbəri paylaş
Paylaş: