Xəstə qonşusuna köməyə getdi, yanıb öldülər - Tovuzdakı yanğının TƏFƏRRÜATI (YENİLƏNDİ)

Tovuz rayonunun İbrahimhacılı kəndində iki qadının faciəli şəkildə ölməsinə səbəb olan yanğın hadisəsinin təfərrüatı məlum olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, yanğın nəticəsində dünyasını dəyişən 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızı və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızı qonşu olublar.
Yaqut Quliyeva tək yaşayırmış. Onun övladlarından biri hazırda həbsxanadadır, digəri isə illər öncə vəfat edib.
Həqiqət Cabbarova qonşusu xəstə olduğuna görə, onunla gecələyirmiş. Hadisə həyətdəki kiçik tikilidə baş verib. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
xxx
Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Globall.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır
Oxunub: 506
Xəbəri paylaş
Paylaş: