Boliviyada HHQ-nin təyyarəsi qəzaya uğrayıb – Ölənlər var

Bu barədə yerli “Pagina Siete” qəzeti yazıb.
Məlumata əsasən, Beni departamentində qəzaya uğrayan təyyarə Santa-Krus şəhərinə uçurdu.
Hadisə zamanı təyyarədə iki pilot və ispaniyalı dörd sərnişin olub. Təyyarə sərnişinləri vətənlərinə dönmək üçün beynəlxalq hava limanına çatdırmalı idi.
Boliviyanın Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib ki, Nazir Luis Fernando Lopes vəzifələrinin icrası zamanı həlak olan pilotların ailələrinə başsağlığı verib.
Oxunub: 492
Xəbəri paylaş
Paylaş: