MSK-da iclas:
Komissiya yenidən formalaşdırıldı (YENİLƏNDİ)
Respublika üzrə seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiya yenidən formalaşdırılıb.
Bununla bağlı MSK sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.
O qeyd edib ki, komissiyanın işinə MSK sədrinin müavini sədrlik edir və komissiyanın rəhbəri hesab olunur.
Komissiyanın üzvlərinin MSK üzvləri Ramiz İbrahimov, Qabil Orucov, Almaz Qəhrəmanlı, Nailə Əsgərova və İlkin Şahbazov olması təklif edilib.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndələri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi və Bakı Şəhər İcra Hakimiyyətinin təmsilçisi də sözügedən komissiyanın tərkibinə daxil olacaq.
***
Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiya yenidən formalaşdırılacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasının gündəliyinə bununla bağlı məsələ daxil edilib.
İclasda komissiyanın tərkibi ilə bağlı qərar veriləcək. Bundan əlavə, iclasın gündəliyinə bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi daxil edilib. (modern.az)