İki universitetimiz “Top-8”ə daxil ediləcək
"2026-ci ildə Azərbaycan ali təhsil müəssisələrindən ən azı ikisinin dünya universitetləri üzrə reytinqdə "Top-8"ə daxil edilməsini planlaşdırırıq".
Globall.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, 2022-2026-ci illərdə erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsini artırmaq hədəf götürülüb:
"2026-ci ildə bu göstəricini 50 faizə yüksəltməyə hədəfləmişik. Həmçinin Azərbaycan təhsilinin beynəlxalq qiymətləndirmədə keyfiyyət gostəricisinin 422 bala qaldırılması planlaşdırılır".
Oxunub: 187
Xəbəri paylaş
Paylaş: