Türkiyənin Mosuldakı Baş Konsulluğuna hücum edildi

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.
Globall.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”, - məlumatda qeyd olunub.
Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.
Məlumata görə, diplomatik nümayəndəliyə 2 raket atılması zamanı xəsarət alan olmayıb.
Ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib, bəzi ailələr evlərini tərk ediblər.
Oxunub: 237
Xəbəri paylaş
Paylaş: