Bakıda itkin düşən ana və yeddi yaşlı qız tapıldı
(YENİLƏNDİ)
Bakının Xətai rayonunda iyulun 24-də itkin düşən Vüsalə Zeynalova və yeddi yaşlı qızı Xədicə Zeynalova tapılıb.
Bu barədə oxu.az-a Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən məlumat verilib.
Onların hansı ərazidə tapılması və itkin düşmə səbəbləri isə açıqlanmayıb.
xxx
Bakıda ana və 7 yaşlı qızı itkin düşüb.
Hadisə iyulun 24-də paytaxtın Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.
Belə ki, 1990-cı təvəllüdlü Vüsalə Zeynalova qızı, 2015-ci il təvəllüdlü Xədicə Zeynalova ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində aradşdırma aparılır. (report)
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: