Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycan iqtisadiyyatına ən çox hansı ölkələrdən pul qoyulur?- TOP 10
  • MƏMURLARIN XARİCƏ DAŞIDIĞI PULLAR: BİR İLDƏ YARIM MİLYARD...
  • Azərbaycanın alüminium ixracından gəliri 25% azalıb
  • Daşınmaz əmlak bazarında bahalaşma - SİYAHI
  • Ermənilər Xankəndidə yalnız bu halda qalacaq: Bakının verdiyi möhlət bitir
  • Qarabağda vəziyyət partlayış həddində! - “Bir neçə günə...”

    • Tarix: 28-07-2022, 10:02

    Anti-terror əməliyyatı artıq konkret zaman söhbətidir; Ermənistana xarici sərmayə yatırımı 65% azalıb, ölkədən kütləvi köç sürətlənib, Paşinyan komandası isə “sehrbazlıq”la məşğuldur...

    Ermənistanın Azərbaycanla ədalətli sülhə maraqlı olduğuna dair hər hansı ciddi dəlil-sübut hələlik gözə dəymir. Nikol Paşinyan və komandası iki ildir sülhpərvər çuxası geysə də, faktiki “müharibə partiyası”ndan fərqli özəlliyi yoxdur. Görünən habelə budur ki, məğlub ölkə Ukraynadakı müharibədən dolayı müəyyən dividentlərə ümidlidir. Guya İrəvan üçün Bakı ilə danışıqlarda daha məqbul şərait yetişə bilər. O səbəbə yalançı “sülh gündəmi” ilə vaxtı uzatmağa çalışırlar. Ancaq unudurlar ki, zaman ermənilərə işləmir.

    Bu arada məlum olub ki, 2022-ci ilin 1-ci rübündə ötən illə müqayisədə Ermənistana xarici sərmayə yatırımı 65% (1.1 milyon dollar) azalıb. Erməni iqtisadçılar həyəcanla onu da bildirirlər ki, investisiyaların azalması ən çox iqtisadiyyat üçün mühüm sahələrdə özünü göstərib.
    Əlbəttə ki, xarici sərmayə yatırımı və biznes üçün vacib şərtlərdən biri ölkədə iqtisadi münasibətlər, investisiyalar üçün perspektiv baxımından təhlükəsiz şərtlərin və zəmanətin mövcudluğu, qonşu ölkələrlə normal ticari-iqtisadi, logistik əlaqələrin qurulmasıdır. Ermənistan isə öz günahı üzündən hələ də blokada şəraitində, qonşulara qarşı düşmən münasibətdədir. Üstəgəl, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımaması ilə o, özünün də ərazi bütövlüyünü şübhə altına qoyub. Bundan əlavə, Ermənistan potensial olaraq, yeni müharibə ocağı olaraq qalır.     

    Həm də bu səbəbə, yəni sabaha olan inamsızlıq üzündən Ermənistandan kütləvi köç davam edir.
    “Ermənistan vətəndaşları üçün son üç onillikdə siyasi mübarizənin ən yaxşı forması - ”ayaqları ilə səs vermək", başqa sözlə, mühacirət olub. Ona görə də vətəndaşların əksəriyyəti siyasi aksiyalarda iştirakdan yayınır".

    Ehtiyatdakı hərbçilər antiterror əməliyyatına toplanır? - AÇIQLAMA

    “Yeni Musavat”ın məlumatına görə, bu fikri yerli mediaya müsahibəsində erməni siyasi texnoloq Armen Bədəlyan söyləyib.
    “Şübhəsiz ki, bu gün xalqın müəyyən hissəsinin etiraz aksiyalarında iştirakının səbəbləri var. Problem ondadır ki, milli ideyalar və şüarları yalnız Ermənistan əhalisinin cüzi bir hissəsi dəstəkləyir”, - deyə Bədəlyan qeyd edib.

    Nəticədə, siyasi texnoloqun fikrincə, Ermənistan vətəndaşları bu və ya digər problemlə üzləşdikdə öz hüquqları uğrunda mübarizə aparmağa deyil, mühacirətə üstünlük verirlər. “Beləcə, Ermənistan cəmiyyətinin hakimiyyətə, ədalətsizliyə və bununla bağlı digər problemlərə qarşı mübarizə aparmasının əsas yolu məhz mühacirətdir”, - Bədəlyan vurğulayıb.

    İrəvanda əllər tətikdə: Paşinyan niyə Bakının antiterror əməliyyatını  istəyir?

    Şübhəsiz ki, bu prosesi “demokrat” Paşinyan da durdura bilməyəcək. Necə ki, 4 ildir bacarmır. Ona görə ki, əsas şərt təmin edilməyib - nə barədə ki, az yuxarıda yazdıq. Başqa sözlə, rəsmi İrəvan nə qədər gec deyil, ilk növbədə öz qonşuları ilə normal əlaqələr qurulmasına nail olmalıdır. Bunsuz Ermənistana Avropa İttifaqının vəd elədiyi 2 milyard avroluq maliyyə yardımının da faydası olmayacaq - qum təpəsinə tökülmüş bir vedrə su kimi.

    Azərbaycan və Türkiyə ilə barışığın şərtləri isə çoxdan masada. İrəvan davakar ritorikadan, fantastik arzulardan və tələblərdən əl çəkib realist siyasətə keçməlidir. Xaricdəki bəzi məkrli çevrələrin şirnikləndirici və təhrikedici mövqeyinə aldanıb köhnə qeyri-konstruktiv siyasəti təkrarlamamalıdır. Bunu da unutmamalıdır ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bugünlərdə söylədiyi kimi, İrəvanla münasibətlərdə qardaş ölkə üçün “qırmızı xətt” məhz Azərbaycandır.

    Yəni Azərbaycanla sülh müqaviləsinin imzalanması, qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması kifayət edəcək ki, Ermənistanın Türkiyə ilə əlaqələri avtomatik qaydaya düşsün. Əks halda, kapitulyant ölkə hələ uzun müddət blokada şəraitində, Ermənistanın simvolik dövlətçiliyi isə yox olmaq riski ilə üz-üzə qalacaq.

    Təəssüf ki, xırda istisnalarla erməni siyasi elitasının bu gerçəyi gördüyünü müşahidə eləmirik. İrəvanın hələ də köhnə, heç vaxt reallaşmayacaq iddialarla yaşadığını Ermənistan xarici işlər naziri Ararat Mirzoyan srağagün bir daha ortaya qoyub. Belə ki, iki gün qabaq çexiyalı həmkarı ilə görüşdə o, sırtıqcasına deyib: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və davamlı həllinə nail olunmasında əsas rol oynayır. Bu baxımdan, Minsk Qrupu həmsədrliyinin səylərinə və roluna davamlı yardıma görə Çexiya tərəfinə minnətdarlığımı bildirirəm”.

    Görəsən, ölü bir qurum hansısa məsələdə necə əsas rol oynaya bilər, üstəlik, belə bir məsələ heç mövcud deyilsə? Və yaxud Çexiya Minsk Qrupu həmsədrliyinin “işinə” hansı “töhfələri” verib, o da yəqin yalnız fantazyor və siyasi “sehrbaz” Mirzoyanın özünə bəllidir.

    Bunlar azmış kimi, kapitulyant ölkə 10 noyabr sənədinin əsas bəndlərini yerinə yetirməkdən israrla yayınır, sərhədlərimizdə mütəmadi təxribatlar törədir. Qarabağda hələ də qanunsuz erməni silahlı dəstələri qalır. Hətta vaxtaşırı silahlı separatçılar hərbçilərimizə atəş açır, səngərlər qazıyıb təzə cəbhə xətti yaratmağa cəhd edirlər. Əfsus ki, çox vaxt da Rusiya “sülhməramlılar”nın gözü qarşısında.



    O zaman Azərbaycan və onun müzəffər ordusu üçün hansı çıxış yolu qalır, bunu da gərək qarşı tərəf(lər) yaxşı hesablasın...

    “Son olaylar bir daha göstərir ki, Ermənistan rəhbərliyindəki şəxslər 10 noyabr sazişinə əməl etmək niyyətində deyil. İnsidentlərin çoxalması Azərbaycanın qəti addımlar atması ilə nəticələnəcək”.

    Bunu mətbuata açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

    Onun sözlərinə görə, ordumuz çox tezliklə əməliyyatlara başlaya bilər: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində getdikcə artan atəşkəs pozuntularının çoxalması ölkəmizi qəti addımlar atmağa məcbur edir. Bu təxribatlar cavabsız qalmayacaq. Biz yaxın günlərdə və ya saatlarda Azərbaycan tərəfinin adekvat cavablarını müşahidə edəcəyik. Yəni antiterror əməliyyatının başlaması elə də uzaqda deyil. Bir gündə 9 dəfə atəşkəsin pozulması Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırması mənasına gəlir”.
    Ekspertə görə, təxribatların çoxalması həm də orada xidmət edən əsgərlərimizin həyatına təhlükə yaratdığı üçün Azərbaycan düşmənin atəş nöqtələrini darmadağın etməli və həmin ərazilərdə bayrağımızı qaldırmalıdır. “Prezident İlham Əliyev Nazirlər Kabinetinin məlum müşavirəsində Rusiya tərəfinə ciddi iradlarını bildirmişdi. Görünür, general Volkov ona ünvanlanan bəyanatlardan düzgün nəticə çıxarmayıb. Belə təxribatların çoxalması növbəti Fərrux zəfərinin təkrarlanması ilə nəticələnək”, - deyə o əlavə edib.

    Sözsüz ki, vəziyyətin partlayış həddinə çatdığının ən çox Rusiya fərqində olmalıdır. Erməni tərəfini təcili ağla gətirməyin zamanıdır. Yoxsa bunu necə keyfiyyətli eləməyi Azərbaycan çox yaxşı bilir...    

    Oxunub: 227
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.