Rusiyanın hərbi itkiləri açıqlandı
"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 230 hərbçisi məhv edilib".
Globall.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 742 tank, 3 979 zirehli döyüş maşını, 894 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 729 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 854 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: