Donetskdə həbsxana vuruldu:
53 ölü, 75 yaralı (YENİLƏNDİ)
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donetsk vilayətinin Olenivka qəsəbəsində həbsxanaya hücumla bağlı məlumat yayıb.
Rəsmi məlumata görə, hücum Rusiya qoşunları tərəfindən həyata keçirilib.
Bildirilib ki, ukraynalı əsirlərin saxlanıldığı həbsxanaya artilleriya zərbəsi endirilib. Nəticədə 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Ölən şəxslərin “azov”çu əsirlər olduğu bildirilir.
Qeyd edək ki, Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham edir.
xxx
Ukraynanın separatçıların nəzarətində olan Donetsk bölgəsində həbsxanaya hücum edilib.
Globall.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
İddia olunur ki, hücum Ukrayna ordusu tərəfindən həyata keçirilib. İnsident nəticəsində 50 nəfərin öldüyü, 75-nin isə yaralandığı bildirilir.
Ukrayna tərəfi hücumla bağlı hələ ki heç bir açıqlama verməyib.
Xatırladaq ki, Rusiya qoşunları 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.