Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəldi
Ukrayna Prezidenti Vladimir Zelenski taxıl daşınması prosesinə nəzarət üçün Odessa limanına gəlib.
Globall.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin "Facebook" hesabında bildirilib.
"Biz Ukrayna taxılını ixrac etməyə hazırıq, tərəfdaşlarımızdan daşımaların başlanması ilə bağlı siqnallar gözləyirik. Qlobal ərzaq təhlükəsizliyinin qarantı olaraq qalmaq bizim üçün vacibdir. Kimsə Qara dənizi bağlayaraq başqa xalqların canını alarkən biz onların xilası üçün çalışırıq", - Zelenski bildirib.
Qeyd edək ki, Zelenski ilə yanaşı limana G7 ölkələrinin səfirləri də gəlib.
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: