Türkiyə Azərbaycana daha 13 MEMATT verdi
Türkiyə Azərbaycana daha 13 mina təmizləyən maşın verib.
Globall.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.
"MSB_ASFAT tərəfindən yerli və milli imkanlarla istehsal edilən daha 13 ədəd Mexaniki Mina Təmizləmə Maşını (MEMATT) Azərbaycan Müdafiə Nazirliyinə təhvil verildi. Bugünə qədər Azərbaycana ixrac edilən MEMATT sayı 20-yə çatdı", - deyə məlumatda qeyd olunub.
Oxunub: 207
Xəbəri paylaş
Paylaş: