Rusiyanın qərargahı vuruldu:
yaralılar var
Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.
Globall.az xəbər verir ki, bu barədə Sevastapol qubernatoru Mixail Razvojayev “Telegram”da paylaşım edib.
Məlumata görə, nəticədə 5 nəfər yaralanıb.
Təhlükəsizliklə əlaqədar Rusiya Hərbi-Dəniz Donanması Gününə həsr olunmuş təntənəli tədbirlər ləğv edilib.
Ukrayna Baş Qərargahı hələlik məsələ ilə bağlı məlumat yaymayıb.
Oxunub: 172
Xəbəri paylaş
Paylaş: