Keçmiş Yuqoslaviyada GƏRGİNLİK:
ilk atəş açıldı, xüsusi təyinatlılar sərhədi bağladı
Serbiya və Kosovo sərhədində atəş açılıb.
Globall.az xəbər verir ki, bu barədə "Espreso" məlumat yayıb.
Bildirilib ki, Kosovo xüsusi təyinatlıları Serbiya ilə sərhədi bağlayıb. Buna cavab olaraq Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Son məlumata görə, Kosovanın paytaxtı Priştinada gecə yarısı aksiya başlayacaq. Serb şəxsiyyət vəsiqəsi olan insanların aksiyaya qatılmasının qarşısını almaq üçün Jarinje və Brnjaka qoşun göndəriləcək.
Şimali Mitrovitsada saat 17:40-da hava təhlükəsi sirenlərinin səslənməsi şəhər əhalisi arasında çaxnaşma yaradıb.
Serbiya prezidenti Aleksandar Vucic bu gün xəbərdarlıq edib ki, Serbiya Kosovoda serblərin növbəti qırğınına icazə verməyəcək. (publika.az)
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: