Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Mədəniyyət Nazirliyi festivalda yaşanan narazılığa görə üzr istədi
  • Bakının girişində kilometrlərlə uzanan tıxac yarandı - VİDEO
  • Festival deyildi, “möhtəşəm” biabırçılıq idi - Telli Pənahqızı
  • Uçquna görə bağlanan Lahıc yolu açıldı (YENİLƏNDİ)
  • İsmayıllıda uçqun oldu, yol bağlandı (YENİLƏNDİ)
  • Festivaldakı BİABIRÇILIQ: Jurnalistlər qurumları “TOPA TUTDU”

    • Tarix: 1-08-2022, 11:02


    II Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən Hacıkənddə köməksiz vəziyyətdə qalıb. Belə ki, yağış suyu torpaq yolu keçilməz etdiyindən, jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti çətin durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.
     
    Yaranmış vəziyyətdən narazılığını dilə gətirən qələm əhli Mədəniyyət Nazirliyini və Gəncə Şəhər İcra Hakimiyyətini tənqid edərək, təşkilati işlərin bərbad olduğunu söyləyib.
     
    Globall.az jurnalistlərin II Yaylaq Festivalı haqqında paylaşımlarını təqdim edir:
     
    “Trend” İnformasiya Agentliyinin redaktoru Elgün Mənsimov:  
     
    “"Baş verənlər barədə heç nə danışmasam, yaxşıdır!" 
     
    Çox istərdim ki, 2-ci Milli Yaylaq Festivalı barədə ancaq belə başlıqla bu şəkli paylaşım. Lakin gün ərzində sosial şəbəkədə müşahidə etdiklərim, hər kəsin, xüsusən də bəzi həmkarlarımın bilib-bilmədən, nə gəldi yazması və ya danışması məni məsələyə bir qədər ətraflı yanaşmağa, əslində, reallığa və baş verənlərə bir daha işıq salmağa vadar elədi.
     
    Öncə festival barədə!
     
    Bir türkçü kimi, türk obalarının, türk ellərinin adət-ənənəsi, yaşayış tərzi və tarixi hər zaman mənə maraqlı olub. Festivalın da mahiyyəti elə bu olduğuna görə, hələ bir neçə il əvvəl Gədəbəydə keçirilən 1-ci Yaylaq Festivalında iştirak edə bilmədiyimə görə çox üzülmüşdüm. Odur ki, ikinci yaylaq festivalına getmək dəvətinə xeyli sevindim.
     
    Səfəri Mədəniyyət Nazirliyi təşkil etmişdi. Proqrama görə səhər saat 10-da Hacıkənddə, festivalın keçirildiyi yaylaqda olmalı idik. Lakin biz yaylağa ayaq basanda günorta saat 3-ün yarısı idi. Çünki yaylağa qalxan torpaq yolda (yeni salındığı hiss edilirdi) kilometrlərlə tıxac vardı.
     
    Əlqərəz, hamımız ac idik. Yolda demişdilər ki, çatan kimi yemək veriləcək. Çatdıq. Ərazidə böyük bir pərakəndəlik hökm sürürdü. Hər kəs nə istədiyini bilmədən o tərəf-bu tərəfə var-gəl edirdi. 1 saat keçdi, dedilər bir az da səbr edin, yemək yoldadır, bir saat da keçdi, dedilər ki, rəsmilər gəlir deyə yol bağlanıb, yemək gecikir. Hər kəs əlini üzdü və hərə bir tərəfə dağıldı. Öz parası ilə biri 3 manat olan kətə yeyən kim, biri 5 manat olan dönər yeyən kim, biri 2 manat olan adi litrlik su alıb içən kim...
     
    Artıq 2 saat idi ki, ərazidə dolaşırdıq, festivala aid nəsə görə bilmirdik. Sanki festivalda deyil, alverçilərin, möhtəkirlərin, dəllaların hakim olduğu böyük bir bazarda idik. Onlar da kimi harada tutdu, mələdirdi. Heç ən bahalı London küçələrində belə insanları bu qədər tovlamırlar...
     
    Bir-iki çobanaldadan tamaşanı çıxmaq şərtilə proqramda təqdim olunan konsertlərdən, çıxışlardan da heç birini görmədik. Olsaydı, hər halda görərdik. Camaat ancaq 3-5 dəfə baha qiymətə satılan nəyisə alıb yeməklə məşğul idi.
     
    Gələk çörəkarası xiyar məsələsinə (bəzi həmkarların dili ilə desək)...
     
    Bir də hay çıxdı ki, yemək gəlib, təcili hər kəs toplansın. Mən öz pulumla göy kətəsi yediyimdən tox idim. Ona görə, açığı, yeməyə getmədim. Əslində, hamı nə iləsə qarnını doyurmuşdu. Nazirlik nümayəndələrinin əzabla gətirib çıxardığı yeməkdən mənə də çatdırdılar. Təqdim olunduğu kimi heç də çörək və xiyardan ibarət deyildi, içərisində toyuq əti və pomidor-soğanı da vardı. Pendiri də olsaydı, əsl yaylaq yeməyi idi. Yəni burada qəbahətli bir şey görmürəm.
     
    Əsl qəbahət isə "festival"dan sonra üzə çıxdı. Ona görə dırnaqda yazıram ki, o festival deyildi, sadəcə biabırçılıq idi. Arada həmkarlardan biri zarafat da olsa, çox sərt bir söz dedi - Yaxşı ki, Bilal Ərdoğan bu dəfə gəlməmişdi, yoxsa lap biabır olardıq.
     
    Gələk tualet məsələsinə...
     
    Bilib-bilmədən danışmaq bizim alın yazımızdır. "Festival" ərazisindəki tualetlər tam pulsuz idi. Şəraitinə gəlincə, tam müasir səyyar konteyner idi. Suyu da ki, daimi və sərin. Məndən olsa, hələ bu tualeti "yaylaq standartları"na görə qarğı-qamışdan qoydurardım.
     

     
    İndi isə gələk "festival"ın ən həyəcanlı bölümünə. Bu bölümə "Palçıq Festivalı" da deyilir...
     
    Təxminən saat 20:00 radələrində geri dönüş üçün ərazini tərk elədik. Bir qədər irəliləmişdik ki, yağış başladı. Torpaq palçığa döndü və maşınların hərəkəti mümkünsüz oldu. Sürüşərək insanların üstünə gedən, ən son anda dayanan avtobusumuzun "şoferi" ürəyini tutub şükür elədi, dedi, öldürün, bir addım da gedən deyiləm. Qarşımızda kilometrlərlə tıxac vardı, istəsək də, gedə bilməzdik, zatən. Bir qədər sonra polis nəfərləri gəldi və qəti surətdə tapşırdılar ki, avtobus bu gecə tərpənməməlidir. Sabah ola, gün çıxa, yol quruya, sonrası xeyir ola... Beləcə, panika başladı. İkitirəlik yarandı, bəziləri dedi gəlin düşüb piyada gedək, oradan taksi filan tapıb Gəncəyə gedərik, bəziləri isə dedi ki, yox, avtobusda yatıb qalaq. Təqribən 40 nəfər idik. Şəxsən, mən oturub gözləməyin tərəfdarı idim, elə də etdim. Digər tərəfdən isə macəraçı biri olduğumdan baş verənlərdən bir növ də əylənməyə çalışdım. Lakin həmkarların kiçik bir qrupu ilk versiyanı dəstəklədi və piyada yola düşdülər. Nəticədə gecənin bir aləmi min cür məhrumiyyətlə gedib çıxdılar Mədəniyyət Nazirliyinin biz jurnalistlərə rəva gördüyü o məşhur hostelə. Sonrasını yazmağa gərək yoxdur, məncə...
     
    Gecə saat 2 idi. Avtobusumuz yavaş-yavaş qürub edirdi. Kondisioner və işıqlar söndürülmüşdü ki, akkumlyator ölməsin. Telefonlarımız sönmüş, "pover bank"larımız tükənmişdi. İnternet onsuz da yox idi, yerə düşüb dalğanı tutmaq zorunda idik. Bu arada, xəbər gəldi ki, 6-7 nəfərlik bir qrup piyada düşüb irəli gəlsin. Mədəniyyət Nazirliyinin təmsilçisi, tur rəhbərimiz dedi ki, qabaqda sizi maşınlar gözləyir. Nəyisə, 7 nəfərlik qrupla yola düzəldik. Birimiz əlimizdə ştativ-kamera, birimiz də qucağında uşaqla. 3 kilometrə yaxın yolu sürüşə-sürüşə birtəhər gəlib mənzil başına çatdıq. Gecə saat 3 radələri idi. Bizim qrupu Mədəniyyət Nazirliyinin regional idarəsinin nümayəndələri qarşıladı və təxliyə etdilər. Bizə xüsusi diqqət göstərdilər, rahat yatacaq və yeyəcəklə təmin etdilər.
     
    Avtobusda qalan digər qrupları isə səhər saatlarınadək Gəncə Şəhər İcra Hakimiyyəti rəsmiləri təxliyə etdi. Eşitdiyimə görə, onlara səhər saatlarında yaxşı bir süfrə də təşkil ediblər və daha sonra onları "Sprinter"lə Bakıya yola salıblar.
     
    Bizim qrup isə saat 11-ə kimi idman kompleksində qaldı, avtobusumuzun dağdan düşməsini və bizi Bakıya aparacağını gözləyirdik. Yol qurudu, avtobus gəldi və biz artıq Bakıdayıq...
     
    Gələk mən deyənə...
     
    Bu "festival"ı təşkil edən qurumlara və onlara nəzarət edən icra strukturlarına suallarım var:
    - Niyə bu mötəbər tədbiri göydən yerə vurdunuz?
    - Niyə üzərinizə götürdüyünüz öhdəlikləri, vəzifələri icra edə bilmədiniz?
    - Nə əcəb, yüzlərlə yüksək maaş alan işçilərinizin arasında normal bir təşkilatçılıq qabiliyyəti olan biri belə yoxdur?
    - "Festival"da 70 mindən artıq tamaşaçı iştirakının nəzərdə tutulduğunu bəh-bəhlə bəyan etdiyiniz və bildiyiniz halda, nə üçün o dar yollarda bunu təşkil etdiniz?
    - Belə bir yol olduğu təqdirdə (torpaq) niyə hava şəraitini öncədən nəzərə almadınız?
    - O mal bazarı alverçilərini, küçə dönərçilərini, xəmir yayan bazar arvadlarını, od qiymətinə olan attraksionları kim buraxıb, niyə buraxıb o yaylağa, onlar hansı meyarlarla müəyyənləşib, qiymətləri kim təyin edib?
    - "Festival"a xərclənən pulun hesabatı kimdədir, varmı?
    - Ən nəhayət, bu biabırçı vəziyyətə görə istefa verməyi düşünürsünüzmü?
     
    P.S Mənə görə, Mədəniyyət Nazirliyi deyilən bir qurum yoxdur artıq. Onsuz da bu nazirliklə heç vaxt yollarım kəsişməyib. Bir dəfə kəsişdi, onu da yerlə bir etdilər. Duyduğum və eşitdiklərimə görə, bu qurum bütün tədbirlərini bu vəziyyətdə həyata keçirir. Ona görə mən bir etiraz əlaməti olaraq bu nazirliyin bundan sonrakı tədbirlərini boykot edirəm.
     
    Deyə bilərsiniz ki, niyə məhz Mədəniyyət Nazirliyi? Axı, "festival" təşkilatçısı kimi daha 5-6 qurum var? Haqlısınız, lakin mən orada Mədəniyyət Nazirliyini tanıyırdım, onların qonağı idim...”
     


    “Report” İnformasiya Agentliyinin əməkdaşı Şəfiqə Nazimqızı:
     
    “II Yaylaq festivalını işıqlandırmaq üçün gedən media nümayəndələrindən biri də mən idim. Hadisələrin şokundan yavaş-yavaş ayılıram.
     
    Yaşananlar o qədər çoxdu ki, hamısını yazmaq mümkün deyil.
     
    Ölkədə 3 qurum, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra hakimiyyətinin təşkil etdiyi ölkə səviyyəli festivalın "F"sı belə yox idi.
     
    Hələ yaylağa çatmamış tıxac, oturmağa stol-stulun belə pullu olduğu yerdə bizi gözləyən komediyanın hələ qabaqda olduğun anlamamışdıq.
     
    Dağın başında tədbir keçirirlər və rəsmi şəxslər saat 7-dən sonra çıxış edirlər. Elementar hava proqnozuna görə təşkilatlanmaq məsələsi belə yox idi.
     
    Nazirliyin iki xanım əməkdaşı və 40- yaxın jurnalist palçığın keçilməz etdiyi yolda ac-susuz qaldı. Hələ minlərlə adamın olduğu tədbirdə susuz, iyrənc tualetlərdən danışmıram.
     
    Gecə saat 1-də mən və bir neçə əməkdaş kilometrlərlə piyada yolu gəlib, marşrut tapıb, oradan da taksi ilə pişiklərlə bir yatacağımız hostelə çatmışıq.
     
    18 saatdan çox davam edən (hələ bitməyib) səfər zamanı Mədəniyyət Nazirliyinin öz əməkdaşlarına və jurnalistlərə rəva bildiyi çörək arası xiyar və toyuğun üstündə dağlar aşıb, yollar gəldik.
     
    Qalan qrup isə gecə saatların təxliyə olub və Bakıya gedib”.
     


    APA İnformasiya Agentliyinin müxbiri Nihat Pir:
     
    "Əsrə bərabər gün və ya festival donunu geyinmiş Milli Survivor" adlı yazısını təqdim edir.
     
    "Bilsək, festivala gəlməzdik,
    Nazirlik aldatdı bizi" (proloq əvəzi)
     
    Mən bu yazını Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində yerləşən adsız və ucsuz-bucaqsız yüksəklikdən yazıram. Gecə saat ondur və biz - bir avtobus yazıçı-jurnalist dağda naçar bir durumda qalmışıq.
     
    Əvvəlcədən onu qeyd eləməkdə fayda bilirəm ki, bizimlə bərabər avtobusda olan nazirlik nümayəndələrinin sözügedən situasiyada zərrə qədər də günahı yoxdur.

    Onlar öz boyunlarına düşən vəzifəni edə biləcəkləri qədər etdilər. Bu məsələdə günahkar, birmənalı olaraq, festivalın təşkilati məsələsində öz adlarını bar-bar bağıran nazirlik və qurumlardır.
     
    Söhbət Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətindən (Düzü, bu icra orqanının adını orada eşitmədim, amma festivalın Gəncədə olması yazıda onların da adlarının çəkilməsinə gətirib çıxarır) gedir. Əziz və hörmətli adlarını çəkdiyim 3 nəhəng qurum, siz bu məsuliyyətsiz və hörmətsiz davranışınız barədə nə düşünürsünüz?
     
    İcazə verin, sizin üzrünüz əməlinizdən betər açıqlamalarınızdan öncə biz danışaq.
     
    Biz - bir avtobus yazıçı-jurnalist sırf sizin bu məsuliyyətsizcəsinə yanaşdığınız tədbiri işıqlandırmaqdan ötrü orada idik. Və bizi oraya dəvət edən də sizsiniz, aparan da. Bəs sual yaranır? Biz - bir avtobus yazıçı-jurnalist niyə gecə saat on ikidə adını və koordinatlarını bilmədiyimiz adsız yüksəklikdə ac, susuz və son dərəcə əsəbi formada günahkar axtarmalıyıq?
     
    Siz öz məsuliyyətsizliyinizi anlamaqda çətinlik çəkirsinizsə, onda yazının bundan sonrakı hissəsini, lütfən, diqqətlə oxuyun:
     
    1. Dağın yaylaq adını verdiyiniz hissəsində qurulan məclisi-ünsünüz, birinci növbədə, sizə "Hava şəraitini nəzərə almaq" siqnalını verməlidir. Necə ki sözügedən situasiyaya səbəb məhz hava şəraiti oldu. Yəni siz - hörmətli yuxarıda adlarını çəkdiyim qurumlar, yağışın yağma ehtimalını nəzərə almalı idiniz. Amma almadınız, bu bir.
     
    2. Festivalın keçirildiyi yaylağın ümumi görünüşündən aydın olur ki, orada festivala qədər təbii ot və torpaqdan başqa nəsə olmayıb. Yəni ən adi çadırdan tutmuş, yola qədər hər şey sırf festival üçün qurulub, tikilib, formalaşdırılıb. Deməli, əziz adlarını yuxarıda çəkdiyim qurumlar, festivalın təmtərağını və gurultu səviyyəsini, ora gələ biləcək nəqliyyat yükünü nəzərə alıb daha yaxşı yol çəkməli idiniz. Amma çəkmədiniz, bu iki.
     
    Əfvinizə sığınaraq qeyd eləməkdə borc bilirəm ki, "daha yaxşı yol" dedikdə dörd zolaqlı asvalt yol nəzərdə tutmuram. Çınqılla kifayətlənmək olardı, ən azından.
     
    3. Əslində, bu hissə ayrıca bir yazı mövzusudur. Amma telefonumun enerjisi və mənim aclıq və susuzluqdan doğan enerjisizliyim sadəcə bir abzasla kifayətlənməyimə səbəbiyyət verir. Festivalın proqramı, ümumiyyətlə, anormal formada hazırlanmışdı. Lap bütün bu anormallıqları qoyaq kənara, nazir və nazir müavini dağın təpəsində keçirilən və media tərəfindən işıqlandırılması nəzərdə tutulan tədbirdə niyə axşam saat 7-də, 8-də çıxış etməlidir? Aydın məsələdir ki, biz - bir avtobus yazıçı-jurnalist sırf sözügedən şəxslərin çıxışını gözləmək və müəyyən sitatlar götürmək üçün orada idik. Yaxşı, axşam saat 8-dən sonra dağın təpəsindən yarım metrə enində yolla və yağışlı havada jurnalist niyə simurq quşuna möhtac bir durumda qalmalıdır ki? Kəsəsi, tədbirdə önəmli çıxışlar maksimum saat 5-ə qədər yekunlaşmalı idi. Amma yekunlaşmadı, bu üç.
     
    4. Yanlış xatırlamıramsa, biz - bir avtobus yazıçı-jurnalist nahar yeməyini saat 5-də yedik. Orada olan jurnalist həmkarlarımdan bizə verilən yarım çörək və döş ətini nahar adlandırdığım üçün dönə-dönə üzr istəyirəm. Və bu abzasda əlavə nəsə yazmağa əlim, dilim və üzüm gəlmir. Belə olmamalı idi. Amma oldu, bu dörd.
     
    5. Öz həyatımızı risk altına alaraq gecə saat on ikidə avtobusdan düşüb tanımadığımız və ömrümüzdə ilk dəfə ayaq basdığımız yollarla sivilizasiya qoxan istiqamətə getməyimizdən, yolüstü maşınlardan biri ilə hostelə gəlib çıxmağımızdan sonra isə gecənin pikini yaşayırıq. Biz - bir avtobus yazıçı-jurnalist üçün hosteldə neçə yer ayrılsa, yaxşıdır? Cəmi-cümlətani 8. Onun 4-ü qadın, 4-ü kişi üçün. Təsəvvür edirsiniz? Sizi and verirəm, bizi ac, susuz və son dərəcə əsəbi formada buraxdığınız dağların yaradınına, bu nə deməkdir? Bu hansı səviyyədə məsuliyyətsizlikdir? Ümumiyyətlə, bunun adı nədir? Bir avtobus jurnalist üçün 8 yer ayrılmasının məntiqli və məntiqsiz izahı nədir? Və bütün bunların yekununda təşkilatçı bizik iddiası nə deməkdir?
     
    Yekunda bir daha təkrar eləmək istəyirəm ki, mən mövcud vəziyyəti anbaan yaşayan biri kimi burada 3 qurumu günahkar bilirəm. Və qətiyyətlə sözügedən qurumların biz - bir avtobus yazıçı-jurnalistdən üzr istəməsini tələb edirəm.
     
    Və ən əsası isə, bundan sonra daha məsuliyyətli olub, heç olmasa, bizi bu cür yerlərə çağırmaqdan çəkinəcəklərinə ümid edirəm. Çünki mənim ikinci belə bir yazı yazmağa həvəsim yoxdur”.
     


    SPACE TV-nin əməkdaşı Könül Aypara:
     
    “Festivalın bərbad təşkilatçılığı bir kənara, hazırda bu statusu qaranlıqda, istidə, yolun ortasında qalmış avtobusda yazıram. 30-dan çox media qurumun, kanalın nümayəndələri, bir qrup tanınmış media adamı əlacsız vəziyyətdə ac-susuz, yuxusuz, saatlardır ki, çöllükdə qalıb. Festivalın gedişatı, vaxtı düzgün planlanmadığından, yol və hava şəraiti nəzərə alınmadığından bizim kimi yüzlərlə insanın da yolda qalmasına səbəb olub. Mədəniyyət nazirliyinin festival təşkilatçılarının məsuliyyətsizliyi ucbatından hazırkı vəziyyət budur”.
     


    Medianews.az-ın baş redaktoru Xəyalə Rəis:
     
    “3 il idi ki, bu günü gözləyirdik. Gədəbəydə keçirilən Yaylaq festivalında hər şey qaydasında və yerli yerində idi. Yaxşı dincəlib, istirahət etmişdik də. Bu dəfə isə daha maraqlı və genişmiqyaslı olacağı gözlənilirdi. Amma və lakin... Olmadı. Məsələ araya qurumların qarışmasında idimi, yoxsa jurnalistlərə dırnaqarası baxdıqları üçünmüydü anlamadıq. İlkin olaraq festivala gecikdik, bizim üçün hazırlanmış proqrama çata bilmədik. Bizdən sonra fəxri qonaqlar gəldiyi üçün başları onlara qarışdı və media nümayəndələri unuduldu.
     
    Hansı nöqteyi-nəzərdən baxsaq da yenə də bu festivalda media nümayəndələrinə qarşı hörmətsizlik edildi. Amma qınağa səbəb olundular və özlərini biabır etdilər.
     
    Media nümayəndələri ekstrimal vəziyyətlərə hazırdılar, ona söz yox, amma burda ekstrimaldan əvvəl hörmətsizlik, sayğısızlıq, proqramsızlıq vardı. Yəni, əzizlərim medianın gücünü "hafife" almaq olmaz. Olmadı da...
     
    Ortada böyük bir əmək var. Amma heyf ki, belə oldu. Mən də bu qədər əməyi 2 metrə qamışa, xiyar, toyuğa qurban verməyi doğru saymayanlardanam. Amma Aygün Muradxanlı demişkən, Qurban olsun, hər şey səmadan görünən Göytürk əlifbasının 4 hərfinə...”

    Oxunub: 249
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.