Azərbaycanda mövsümə uyğun olmayan təbiət hadisəsi -
Dolu yağdı - FOTO
Bu gün Daşkəsəndə dolu yağıb.
Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti məlumat yayıb.
Yağıntı nəticəsində rayonun qəsəbə və kəndlərində əkin sahələrinə, fərdi təsərrüfatlara, şəxsi minik avtomobillərinə, elektrik dirəklərinə və xətlərinə ziyan dəyib.
Daşkəsən rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası tərəfindən rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün müvafiq işlər aparılır. Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.
Oxunub: 406
Xəbəri paylaş
Paylaş: