Medvedev Qazaxıstanı TƏHQİR ETDİ -
"Ruslar ora gələnə qədər nizam-intizam olmayacaq"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın müttəfiqlərini təhdid edib. Globall.az Axar.az-a istinadla xəbər verir ki, Medvedev təhdid mesajlarını Vkontakte hesabında paylaşıb. “Ukrayna ələ keçiriləndən sonra sıra Vətənimizin heç vaxt bitməyən sərhədlərinin bərpasına gəlib çatacaq”, - Medvedyev bildirib. Bundan başqa, Medvedev Gürcüstanın indiki sərhədləri daxilində Rusiya imperiyası dövründə yaradıldığını yazıb. Onun sözlərinə görə, Qazaxıstan süni dövlətdir, bu ölkənin ərazisində ilk dəfə ruslar məskunlaşıb. “Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başladı ki, bu da rusların soyqırımı kimi qiymətləndirilə bilər. Ruslar ora gələnə qədər nizam-intizam olmayacaq”, - Medvedev yazısında bildirib. Qeyd edək ki, Medvedev bir müddətdən sonra irihəcmli statusunu silib. Ancaq skrin-şotlar artıq dünya mediasını bəzəyir.