Aşura günü qanvermə aksiyaları bu ünvanlarda keçiriləcək
- SİYAHI
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb. Globall.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən məlumat verilib. Avqustun 8-də Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar aşağıdakılardır: Bakı şəhəri üzrə: Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı Nizami rayonu Şah Abbas” məscidi Səbail rayonu Bibiheybət məscid ziyarətgahı Suraxanı rayonu Qaraçuxur məscidi Yasamal rayonu “Təzə Pir” məscidi Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri. Beləliklə, ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.