Lukaşenko: “Serbiya üç stulda otura bilməyəcək”
“Serbiya bu gedişlə üç stulda otura bilməz. Globall.az musavat.com-a istinadən xəbər verir ki, bu sözlər Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən səslənib. Aleksandr Lukaeşnko bununla Serbiyada gərginləşən vəziyyəti özünəməxsus tərzdə izah edib. “Rəhbərliyi və sadə insanları bir-birindən ayırmaq lazımdır və əlbəttə ki, serb xalqına kömək etmək gərəkdir. Biz belə insanlarıq. Amma biz Serbiyanın Belarusla bağlı siyasətini də nəzərə alırıq. Əgər onlar necə deyərlər, üç kresloda oturmaq istəsələr, bunu bacarmazlar. Buraya Rusiya, Avropa Birliyi, Amerika və başqaları aiddir... Serbiyalılar hər yerdə rahatlıq istəyirlər. Amma onların bütün bu kreslolarda və hər şeydən əvvəl bu qədər həvəsli olduqları Avropa İttifaqında oturmalarına imkan verməyəcəklər”,- deyə Aleksandr Lukaşenko qeyd edib.