Gömrük Komitəsinin yeni sədr müavini kimdir?
- DOSYE
Bəhruz Quliyev Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub. Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub. 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakultəsinin əyani şöbəsinə daxil olub. 2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirib. 2011-ci ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirib. Milli Aviasiya Akademiyasının Doktorantıdır. 2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunub. 2018-ci ildə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalları ilə təltif olunub. Ailəlidir, 4 övladı var.