“Global Times”: "Pelosi "siyasi vəba tanrısı" kimi Tayvana gərginlik gətirdi"
“ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri Nensi Pelosi özünü “siyasi vəba tanrısı” kimi aparır. O, öz axmaq və təxribatçı hərəkətləri ilə Tayvan boğazında sülhü pozur”. Globall.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Çinin “Global Times” dövlət qəzetinin redaksiya materialında deyilir. “Spiker Nensi Pelosi çərşənbə axşamı oğru kimi gizli şəkildə Çinin Tayvan adasına enərək, Çin-ABŞ münasibətlərinə qoyulan minanı partladıb. Çin hakimiyyəti dəfələrlə ABŞ Konqresinin Nümayəndələr palatasının sədrinin səfərinin “açıq-aşkar qızışdırıcı xarakter daşıdığı”, “bunun mümkün ağır nəticələri” barədə xəbərdarlıq edib, lakin “Pelosi bütün bunlara “kar” qalmağa üstünlük verib”,-deyə yazıda qeyd olunur. Bundan əlavə, materialda “Pelosinin axmaq, ehtiyatsız, təhlükəli, təxribat xarakterli hərəkətləri nəticəsində Tayvan boğazı ərazisində sülh və sabitliyin pozulmasına görə bütün məsuliyyətin ABŞ və Tayvan Demokratik Tərəqqi Partiyasının rəhbərliyinin üzərində olduğu” vurğulanır. “Siyaai vəba tanrısı kimi, Pelosi də Tayvandakı risk və gərginlik yaratmaqdan başqa region üçün heç nə etmədi”, - deyə məqalədə bildirilir.