Azərbaycan Ordusu antiterror əməliyyatı keçirdi -
Erməni postu belə MƏHV EDİLDİ/VİDEO
Bu gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. Ermənistan mətbuatı xəbər verir ki, əməliyyat nəticəsində 4 silahlı məhv edilib, azı 15 separatçı yaralanıb. Bundan əvvəlki xəbərlərdə 8 terrorçunun yaralandığı, 3-nün öldüyü bildirilirdi. Məlumata görə, antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb. Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Ordumuzun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Separatçıların təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. (modern.az)