ATƏT Azərbaycan və Ermənistana
ÇAĞIRIŞ ETDİ
“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”. Globall.az xəbər verir ki, bunu Polşanın ATƏT-dəki sədrliyi tviterdə açıqlayıb. “Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - açıqlamada qeyd olunub. Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir.
Oxunub: 154
Xəbəri paylaş
Paylaş: