Ötən sutka 500-ə yaxın yoluxma qeydə alındı
Azərbaycanda koronavirusa 495 yeni yoluxma qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Globall.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan 3 nəfər ölüb. Ölkədə indiyədək 800 478 nəfər koronavirusa yoluxub. Onlardan 787 839 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 884 nəfərdir. Ölkədə son sutka ərzində 3 708, hazırkı dövrədək isə 7 058 973 test aparılıb.
Oxunub: 116
Xəbəri paylaş
Paylaş: