Prezident bu komissiyaların tərkibini dəyişdi
Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Azərbaycan Respublikasının ədliyyə naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri. xxx Azərbaycanda neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibində dəyişiklik edilib. Globall.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Komissiyanın üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.