Çin ABŞ-dakı səfiri Ağ Evə çağırıldı
Çinin ABŞ-dakı səfiri Tsin Qan Tayvanla bağlı gərginliyə görə Ağ Evə çağırılıb. Globall.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə əlaqədar Çin bütün sahilboyu ərazidə hərbi təlimlərə başlayıb. Çin hakimiyyəti bu gün Pelosi və onun ailəsinə Tayvana “təxribatçı səfəri”nə görə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
Oxunub: 190
Xəbəri paylaş
Paylaş: