DGK generalının Praqada hotelləri üzə çıxdı
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada hotellərinin olduğu bildirilir. Globall.az publika.az-a istinadla xəbər verir ki, İ.Hüseynovun bu otel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir. Xatırladaq ki, İ.Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İ.Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu. Bəzi iddialara görə, İ.Hüseynov Səfər Mehdiyevin “qara kassası” olub. (Axar.az)
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: