Bakıda bu küçə 3 gün bağlı olacaq
6 avqust 2022-ci il saat 08:00-dan 8 avqust 2022-ci il saat 20:00-dək Zivər bəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən (BNA) Globall.az-a verilən məlumata görə, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 7 sayda müntəzəm marşrutun (2, 14, 33, 52, 65, 79 və 96 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (Füzuli, Abdulla Şaiq küçəsi, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi) təşkil ediləcək.
Oxunub: 209
Xəbəri paylaş
Paylaş: