Brüsseldə İlham Əliyev və Paşinyan arasında görüş olacaq
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək. Globall.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "Twitter" hesabında yazıb. O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır. "Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə Şarl Mişel bildirib.
Oxunub: 158
Xəbəri paylaş
Paylaş: