Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir
- Hacı Şahin
Dinimiz, ümumiyyətlə, insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanların özünə xəsarət yetirməsi, qan çıxarması dinimizi gözdən salan, dinimizin qadağan etdiyi əməldir. Ona görə də, Aşura günündə inanclı insanlar qanvermə aksiyalarında geniş iştirak edir. Hər dəfə biz müraciət edirik ki, insanlar Aşura günü bu xeyirxah əməldə birlikdə iştirak etdinlər", - deyə Ş.Həsənli əlavə edib.