Ruslar “Zaporojye” AES-i partlatmaq istəyirlər
- İDDİA
Ukraynada təcavüzkar müharibəyə başlayan Rusiya ordusunun mənsubları indi də “Zaporojye” atom elektrik stansiyasını partlatmaqla hədələyirlər. Bu barədə Ukraynanın “Enerqoatom” agentliyi məlumat yayıb. “Rusiya Silahlı qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, hazırda “Aporeojye” AES-dəki qarnizona komandanlıq edən general-mayor Valeri Vasilyevin “burası ya Rusiya torpağı olacaq, ya da yanmış səhraya çevriləcək” dediyi bildirilir. “Enerqoatom” rəsmiləri “Zaporojye” AES-in bütün mühüm obyektlərinin minalanması işinə şəxsən general Vasilyevin rəhbərlik etdiyini vurğulayırlar. "Bildiyiniz kimi, biz “Zaporojye” AES-in bütün mühüm obyektlərini minalamışıq. Və bunu düşməndən (ukraynalılardan-red.) gizlətmirik. Biz onlara xəbərdarlıq etmişik. Düşmən bilir ki, stansiya ya Rusiyanın olacaq, ya da heç kimin olmayacaq. Biz bu addımın nəticələrinə hazırıq",-deyə rus general belə cümlələr işlədib. Qeyd edək ki, hazırda stansiyada 4 saylı enerji bloku söndürülüb. “Energoatom”un verdiyi məlumata görə, burada açılan atəşlər nəticəsində azot-oksigen stansiyası və birləşmiş köməkçi bina zədələnib. (musavat.com)