Ukraynada Rusiyanın ən yaxşı helikopterçisi öldürüldü
Ukrayna ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin polkovniki Vasili Kleşenkonu zərərsizləşdirib. Globall.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. "Rusiya Hava-Kosmik Qüvvələrinin ən yaxşı helikopterçisi polkovnik Kleşşenkonun meyiti vurulmuş Ka-52 hərbi helikopterinin dağıntıları altındadır", - məlumatda deyilir. Rusiya Müdafiə Nazirliyinin saytında qeyd edilib ki, Kleşşenko ölkə ordusu aviasiyasının uçuş heyətinin döyüş tətbiqi və yenidən hazırlanması üzrə 344-cü mərkəzin rəis müavini olub. Zərərsizləşdirilən polkovnik həmçinin ötən il mayın 9-da Qırmızı Meydan üzərində helikopterlərin paradına rəhbərlik edib, bunu Rusiya təbliğat mediasındakı müvafiq nəşrlər sübut edir.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: