FTB Trampın evində axtarış apardı
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampın evində axtarış aparıb. Globall.az xəbər verir ki, məlumatı eks-prezident özü təsdiqləyib. Bildirilib ki, axtarış işləri Florida ştatının Palm Biç şəhərində yerləşən iqamətgahda aparılıb. “The New York Times”in yaydığı məlumata görə, FTB Trampın evində eks-prezidentin Ağ Evi tərk etdikdən sonra özü ilə apardığı sənədlərə görə axtarış aparıb. Ehtimal edilir ki, sənədlərdə məxfi məlumatlar ola bilər. Tramp qeyd edib ki, axtarış barədə ona heç kim məlumat verməyib. (modern.az)
Oxunub: 194
Xəbəri paylaş
Paylaş: