Sabah hava necə olacaq?
Avqustun 10-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Globall.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Oxunub: 182
Xəbəri paylaş
Paylaş: