Babadağda itkin düşən şəxsin meyiti belə axtarılır
- VİDEO
Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir. Bu barədə Globall.az-a FHNin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub. Əlavə məlumat veriləcək.
Oxunub: 160
Xəbəri paylaş
Paylaş: