Yaponiya hökuməti istefa verdi
Bu gün Yaponiya hökuməti tam tərkibdə istefa verib. Bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kisidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin yaxın bir neçə saatda açıqlanacağı gözlənilir. Qeyd edək ki, Yaponiya hökumətinin hazırki tərkibi 2021-ci il oktyabrın 4-də Kisida Baş nazir postunu tutduğu zaman formalaşıb. (qafqazinfo)
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: