Xalq artistinin oğlu yüksək vəzifəyə təyin edildi
- FOTO
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru Sevda Əmirova vəzifəsindən azad edilib. AMB-dən verilən məlumata görə, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb. Əmrə əsasən, onun yerinə Anar Mansurov təyin olunub. O, bundan əvvəl “AzerGold” QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - “Azerblast” MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq “AzRe Təkrarsığorta” ASC-nin Direktor Şurasının müstəqil üzvüdür. A.Mansurov Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: