Zelenskiyə sui-qəsd hazırlanır
"Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır". Bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib. “Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Biz bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”, - o vurğulayıb. A.Danilov əlavə edib ki, bütün proseslər nəzarət altında olmaya bilər: “Lakin bu, müharibədə normal haldır. Mütəxəssislər düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar”. (report)
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: