Putin Zelenskilə danışıqlara məcbur olacaq
- İDDİA
Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin noyabr ayında Ukrayna ilə sülh danışıqlarına başlaya bilər. Bu, Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində strateji üstünlük əldə edəcəyi təqdirdə mümkün olacaq. Globall.az xəbər verir ki, bunu Ukrayna üzrə britaniyalı ekspert Timoti Eş bildirib. Onun sözlərinə görə, Putin NATO-ya müəyyən qədər təsirini saxlamaq istəsə, həm Qərblə, həm də Ukrayna ilə danışıqlar aparmalı olacaq. "Çox güman ki, bu, artıq qışa qədər baş verə bilər, çünki Rusiyanın hərbi potensialı xeyli tükənib və hücum prosesi səngiyib", - deyən ingilis ekspertin fikrincə, hər halda Xerson uğrunda döyüşdən çox şey asılı olacaq. (modern.az)
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: