SON DƏQİQƏ: Şuşada ermənilərə məxsus kvadrakopter endirildi
- VİDEO
Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə Globall.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.
Oxunub: 172
Xəbəri paylaş
Paylaş: